Kriminal

DİN Samuxda törədilmiş ağır cinayət hadisəsi ilə bağlı məlumat yayıb

19-12-2015, 21:19
 DİN Samuxda törədilmiş ağır cinayət hadisəsi ilə bağlı məlumat yayıbDaxili İşlər Nazirliyi (DİN) Samux rayonunda törədilmiş ağır cinayət hadisəsi ilə bağlı məlumat yayıb.

Xeberman.com DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 18-də saat 18 radələrində Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan Lütfiyyə İsmayılovanın evində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra L.İsmayılovanın əlləri bağlı və boğaz nahiyəsində kəsilmiş xəsarəti olan yanmış meyiti tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Samux Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]