Əsas Səhifə / İqtisadiyyat

ARDNF 200 milyon dollar satdı Banklara

8-09-2016, 14:06

ARDNF 200 milyon dollar satdı Banklara
Bugün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 200 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb və 22 banka satılıb.

Bu barədə Fonddan Xeberman.com -a bildirilib.
 
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

11:22

Bu gün Mərkəzi Bank hərraca həmişəkindən 5-6 dəfə artıq dollar çıxaracaq.

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, məqsəd bankların tələbatının ödənilməsi və dövriyyədə dollar kütləsinin artırılmasıdır.

Xatırladaq ki, Dövlət Neft Fondu hər həftənin 2-ci və 4-cü günləri hərrac keçirir. Bu hərracda hər dəfə 50 milyon dollar olmaqla, ümumilikdə həftə ərzində 100 milyon dollar satışa çıxarılırdı. Amma bu bankların tələbatını ödəmirdi. 

Belə ki, Mərkəzi Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının 6-da həyata keçirilən valyuta hərracı zamanı dollarla bağlı banklardan daxil olan sorğuların ümumi məbləği 588 milyona çatıb.

Bununla bağlı bu gün, yəni sentyabr ayının 8-də Neft Fondu 300 milyon dollar hərraca çıxaracaq. 

Qeyd edək ki, hərrac "Bloomberg” platforması üzərindən Mərkəzi Bankın nəzarəti ilə həyata keçiriləcək. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]