Dünya

Yəmən Alimlər Birliyi Səudiyyə Ərəbistanına qarşı cihad elan etdi

10-10-2016, 01:12
Yəmən Alimlər Birliyi Səudiyyə Ərəbistanına qarşı cihad elan etdi

"Əl-Məyaden" kanalının məlumatına görə, Səudiyyə Ərəbistanının ötən gün Sənada yas mərasimini bombalaması nəticəsində ölənlərin sayı artıb.  

Xeberman.com xəbər verir ki, kanalın məlumatına görə Yəmən Xalq Konqresi Partiyasının baş katibi Yasir Əl-Aavasi bildirib ki, Səudiyyənin Sənada törətdiyi cinayət nəticəsində 458 nəfər şəhid olub və 356 nəfər yaralanıb. 

Məlumatda bildirilir ki, ötən günkü yas mərasimi Yəmənin daxili işlər nazirinin atasının yas mərasimi olub. 

"Əl-Aləm" kanalı isə məlumat verib ki, Yəmən Alimlər Birliyi cihad hökmu verib və bu ölkənin əhalisini  Səudiyyə Ərəbistanına qarşı mübarizə meydanlarında daha aktiv və geniş formada iştirak etməyə çağırıb: "Hər kəs əlinə silah ala bilirsə, Səudiyyə Ərəbistanı əleyhinə olan bu cihada qoşulması  vacibdir”. 

Yəmən Alimlər Biliyi həmçinin müsəlman ölkələrdən istəyib ki, Səudiyyə Ərəbistanının Yəmənə qarşı vəhşicəsinə olan təcavüzünə qarşı açıq mövqe ortaya qoysunlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]