Dünya

Ayətullah: "Səudiyyə Ərəbistanın Kral ailəsi yox olacaq"

2-01-2016, 15:47


Şiə din adamının edamı başda İran olmaqla Yəmən və Livanın etirazına səbəb olub.

İran Xairici İşlər Nazirliyinin sözcüsü Hüseyn Cabir Ensari Səudiyyə Ərəbistanının bu edamın bədəlini ödəmək məcburiyyətində olacağını deyib.

İranın tanınmış din adamlarından Ayətullah Əhməd Hatemi isə bu əməlin Səudiyyə Ərəbistanın Kral ailəsinin yox olması ilə nəticələnəcəyini bildirib.

Virtualaz.org xatırladır ki, Səudiyyə Ərəbistanında müxtəlif terrorların törədilməsində təqsirli bilinən 47 nəfər edam olunub. Onların arasında şiə təriqətinə mənsub olan din adamı Ayətullah Nemr Bakır ən-Nəmrin də olub.

Onu da qeyd edək ki, Tehran rəsmiləri daha öncə Nemr Bakır Ən-Nəmrininedam olunmaması ilə bağlı xəbərdarlıq etmişdi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]