Dünya

Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırır

4-01-2016, 20:17
Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırır

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr krallığın İranla aviaəlaqəni tamamilə kəsmək niyyyətində olduğunu açıqlayıb, Reuters xəbər verir.

Bundan başqa, bildirilir ki, Səudiyyə Ərəbistanı zəvvarlar istisna olmaqla, öz vətəndaşlarının İrana səfərlərini qadağan etməyi planlaşdırır, Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr ən-Nimrin edamından sonra Ər-Riyad və Tehranın münasibətləri gərginləşib.

Krallıq İslam Respublikası ilə diplomatik əlaqələri kəsib, Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücum olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]