Dünya

Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu yandırıldı

2-01-2016, 21:21
Şiə din xadimi Nimr ən-Nimrin edamına etiraz edən yüzlərlə Məşhəd sakini Səudiyyə Ərəbistanının konsulluq binasına hücum ediblər.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Səudiyyə Ərəbistanının bayrağını yerə salaraq binanın bir hissəsini yandırıblar. 

Xatırladaq ki, ötən gün əvvəl Səudiyyə Ərəbistanında 47 nəfər edam olunub. Onların əksəriyyəti 2003-2006-cı illərdə "Əl-Qaidə” qruplaşması tərəfindən bir sıra neft və müdafiə obyektlərində, həmçinin Ciddə şəhərində yerləşən ABŞ səfirliyində terror aktlarının hazırlanmasında və həyata keçirilməsində ittiham edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]