Əsas Səhifə / İqtisadiyyat

Natiq Əliyev Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak görüşəcək

7-10-2016, 17:42

Azərbaycan Energetika Nazirliyindən Xeberman.com -a  verilən məlumata görə, energetika və təbii sərvətlər naziri Berat Albayrak tərəfindən ünvanlanan məktubda deyilir: "Geostrateji baxımdan fərqli ölkələri birləşdirən Türkiyənin əsas hədəflərindən biri enerji mərkəzinə çevrilməkdir. İstanbul qlobal enerji məsələlərinin müzakirəsi və dünya miqyaslı enerji liderlərinə ev sahibliyi etməsi üçün də uyğun bir məkandır. Konqresə qatılaraq fikirlərinizi türk və beynəlxalq ictimaiyyətlə bölüşməyiniz bizi şərəfləndirəcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, bu ölkənin enerji və təbii sərvətlər naziri Berat Albayrakın ev sahibliyi və 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq konqres çərçivəsində 60 iclas keçiriləcək.

Konqres çərçivəsində N.Əliyevin Balkan ölkələrinin energetika nazirləri ilə də görüşü nəzərdə tutulub. Türkiyə, İtaliya, Yunanıstan, Albaniyanın energetika nazirləri ilə planlaşdırılan görüşdə "Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti və layihənin vaxtında yekunlaşdırılmasını zəruri edən məsələlərlə əlaqədar fikir mübadiləsi aparılacaq.

1924-cü ildən bəri 3 ildən bir təşkil olunan Beynəlxalq Enerji Konqresi bu dəfə Türkiyədə "Yeni sərhədlərə çıxış” mövzusunda keçiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]