Əsas Səhifə / İqtisadiyyat
Azərbaycan-Qazaxıstan əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçiriləcə
17-09-2016, 11:58
Energetika Nazirliyindən Xeberman.com-a verilən məlumata görə, İclasda hökumətlərarası komissiyaların həmsədrləri, Azərbaycanın energetika naziri Natiq Əliyev və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək. Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və mədəniyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin Hökumətlərarası Komissiyanın 4 dekabr 2015-ci ildə Bakıda keçirilmiş 12-ci iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər və ikitərəfli sərgi və biznes-forumların təşkili məsələləri nəzərdən keçiriləcək.
İclasda Qazaxıstan neft və neft məhsullarının Azərbaycan ərazisindən dünya bazarlarına nəqli məsələri də diqqət mərkəzində olacaq. Yanacaq-energetika sahəsində Azərbaycan-Qazaxıstan əməkdaşlığının əsas istiqamətlərindən biri məhz karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi neft terminalına nəqli sayılır ki, Batumi limanı üzrə neft, neft məhsulları və maye qaz daşımalarının həcmi 2015-ci ildə 2,9 mln.ton, bu ilin 6 ayı ərzində isə 1,3 mln.ton olub. Bu həcmin artırılması imkanları, neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının diversifikasiyası istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri eləcədə enerjiyə qənaət sahəsində normativ aktların hazırlanması ilə bağlı təcrübənin öyrənilməsi kimi enerji əməkdaşlığını əhatə edən məsələlər də komissiyanın müzakirə predmeti olacaq.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanacaq.