Əsas Səhifə / İqtisadiyyat
Natiq Əliyev OPEC ölkələrinin İstanbulda keçiriləcək qeyri-rəsmi görüşünə dəvət edilib
7-10-2016, 17:47
Azərbaycan Energetika Nazirliyindən Xeberman.com -a verilən məlumata görə, Neft
İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun
energetika naziri Natiq Əliyevə göndərdiyi dəvət məktubunda Əlcəzair, Səudiyyə
Ərəbistanı, Qatar, Kuveyt, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və
Rusiyanın energetika nazirlərinin məsləhətləşmələr aparmaq məqsədilə qeyri-rəsmi
formatda görüşəcəkləri qeyd olunub. Həmçinin bildirilib ki, kartelə üzv olmayan ölkələrin -Braziliya,
Qazaxıstan, Azərbaycan, Meksika, Oman
kimi ölkələrin nazirləri ilə də məsləhətləşmələr aparılacaq. Neft hasilatının məhdudlaşdırılmasına
dair müzakirələrin aparılacağı bu görüşün
oktyabrın 12-də keçirilməsi planlaşdırılıb.