Natiq Əliyev Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya Xristovanı görüş keçirib
Energetika Nazirliyindən Xeberman.com -a verilən məlumata görə, Görüşdə sentyabrın 29-30-da Bakıda keçiriləcək Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclasına hazırlıq məsələləri müzakirə edilib. Tədbirdə iştirak etmək üçün energetika naziri xanım Temenujka Petkova və iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyətinin səfəri barədə məlumat verən səfir bildirib ki, iclas çərçivəsində iş adamlarının iştirakı ilə biznes forumla yanaşı bır sıra görüşlərin keçirilməsi də planlaşdırılır.
Səfir xanım Maya Xristova Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək məsələlərin müzakirəsi baxımından iki ölkənin energetika nazirlərinin görüşünün vacibliyini diqqətə çatdırıb.
Energetika naziri Natiq Əliyev də bildirib ki, həyata keçirilən birgə layihələr və birləşdirici kəmərlərlə bağlı görülən işlərin nəzərdən keçirilməsi üçün belə bir görüşə ehtiyac var. Nazir Bolqarıstanın da təmsil olunduğu "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının gələn il keçiriləcək növbəti iclası ilə əlaqədar da xanım Temenujka Petkova ilə müzakirələrin əhəmiyyətli olacağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.