Referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupu Nərimanov rayonunda növbəti tədbir keçirib.
19 sentyabr 2016-cı il tarixdə Nərimanov
rayonunda referendum üzrə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun növbətigörüşükeçirilib.
Tədbirdəreferendum üzrə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli
nümayəndəsi, "Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin
Behbud və referendum üzrə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupun vəkili, "Bizim Nəsil”
Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev iştirak etmişlər.
Tədbiri
giriş sözü ilə "Vətəndaş
Cəmiyyəti” təşəbbüs qrupun vəkili, "Bizim Nəsil” Gənclərin Regional İnkişaf
Assosiyasının sədri Nurəddin Mehdiyev açaraq tədbir iştirakçılarını
salamlamış və "Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu adından onlara tədbirdə
iştirakına görə öz minnətdarlığını bildirmişdi. N.Mehdiyev 26 sentyabrda
keçiriləcək referendumla əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası
və 24 QHT tərəfindən Referendum üzrə "Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun 4
avqust tarixində təsis edildiyini və referendumda konstitusiyaya təklif edilən
əlavə və dəyişikliklərin vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini tədbir
iştirakçılarının diqqətinə çatdırmışdır.
Referendumda
konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ilə bağlı məruzə ilə
çıxış edən Elməddin Behbud sentyabrın 26-da reallaşacaq referendum aktının
mahiyyəti haqqında rayon ictimaiyyətinə geniş məlumat vermişdir. O bildirmişdir
ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul
olunmasından keçən 21 il ərzində reallaşacaq bu referendum sayca keçiriləcək
üçüncü referendumdur. Yəni, bu 21 il ərzində 2002-ci il avqustun 24-də, daha
sonra 2009-cu il martın 18-də keçirilmiş referendumların əhəmiyyəti və
mahiyyəti haqqında, eləcə də hazırkı keçiriləcək referendum aktının 29
maddədən, yəni, 23 maddəsinə təklif olunan dəyişiklik və əlavə 6 maddənin
mahiyyəti barədə danışmışdır. Elməddin Behbud həmçinin konstitusiyaya təklif
edilən əlavə və dəyişikliklərin 3 blokda cəmləşdiyinin mahiyyəti üzrə izahat
vermişdir. Ümumilikdə konstitusiyaya ediləcək bu əlavə və dəyişikliklərin son 7
il ərzində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş
vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən
geosiyasi proeseslərin zərurətindən irəli gəldiyini vurğulamışdır.
Yekunda
Nurəddin Mehdiyev çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada
gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti
cənab İlham Əliyev tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin
mahiyyəti, "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, vətəndaş
cəmiyyətinin inkişafı və referendumda konstitusiyaya təklif edilən dəyişikliklər
və əlavələr və daha sonra Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar
məsələlərə kompleks münasibət bildirərək tədbiri yekunlaşdırmışdır.
Sonra səlahiyyətli nümayəndələr əlavə və dəyişiklilər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Müzakirələrdə tədbir iştirakılarının sualları cavablandırılmış, izahatlar verilmişdir. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsini, espublikada aparılan islahatları lazımlı hesab etmiş razılıqlarını bildirmişlər.
Yekunda Nurəddin Mehdiyev və Elməddin Behbud tədbir iştirakçılarını Azərbaycan Respublikasının hərtərəfli inkişafına tövhə verəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, siyasətin uğurla davam etdirilməsinə təkan verəcək sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan referendumda fəal iştirak etməyə çağırmışlar.



