Nərimanov rayonunda referendum seçici fəallığı ilə davam edir
18
saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov 1-ci və 20 saylı Nərimanov 2-ci
seçki dairələri üzrə cəmi 84 məntəqədə səsvermə prosesi seçici fəallığı ilə
davam edir.
Bütün
məntəqələrdə vətəndaşların sərbəst şəkildə səs vermələri üçün lazımi şərait
yaradılıb. Məntəqələrin hamısı fasiləsiz elektrik enerjisi, rabitə, kompüter,
digər zəruri avadanlıq və xidmətlərlə təmin olunub.
Qeyd edək ki, Nərimanov rayonunda
ümumilikdə 3 seçki dairəsi üzrə məntəqələrin sayı 84, seçicilərin ümumi sayı isə
110 min 469 nəfərdir. Şəffaflığın təmin edilməsi məqsədilə ümumilikdə 25 məntəqədə
veb-kameralar quraşdırılmışdır.
Məntəqələrdə
səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatları,
eləcə də nüfuzlu beynəlxalq təşkilatlardan müşahidəçilər izləyir.