Referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupu Nərimanov rayonunda tədbir keçirib.
09 sentyabr 2016-cı il tarixdə Nərimanov rayonunda referendum üzrə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun növbətigörüşükeçirilib. Tədbirdəreferendum üzrə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi, "Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov və referendum üzrə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupun vəkili, "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak etmişlər.
Tədbiri giriş sözü ilə "Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi, "Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov açaraq tədbir iştirakçılarını salamlamış və 26 sentyabrda keçiriləcək referendumla əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və 24 QHT tərəfindən Referendum üzrə "Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun 4 avqust tarixində təsis edildiyini və referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ilə bağlı məruzə ilə çıxış edən Əliməmməd Nuriyev sentyabrın 26-da reallaşacaq referendum aktının mahiyyəti haqqında rayon ictimaiyyətinə geniş məlumat vermişdir. O bildirmişdir ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından keçən 21 il ərzində reallaşacaq bu referendum sayca keçiriləcək üçüncü referendumdur. Yəni, bu 21 il ərzində 2002-ci il avqustun 24-də, daha sonra 2009-cu il martın 18-də keçirilmiş referendumların əhəmiyyəti və mahiyyəti haqqında, eləcə də hazırkı keçiriləcək referendum aktının 29 maddədən, yəni, 23 maddəsinə təklif olunan dəyişiklik və əlavə 6 maddənin mahiyyəti barədə danışmışdır. Əliməmməd Nuriyev həmçinin konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin 3 blokda cəmləşdiyinin mahiyyəti üzrə izahat vermişdir. Ümumilikdə konstitusiyaya ediləcək bu əlavə və dəyişikliklərin son 7 il ərzində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proseslərin zərurətindən irəli gəldiyini vurğulamışdır.
Yekunda Anar Xəlilov çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin mahiyyəti, "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, vətəndaş cəmiyyətinin inkişafı və referendumda konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr və daha sonra Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar məsələlərə kompleks münasibət bildirərək tədbiri yekunlaşdırmışdır.
Sonra səlahiyyətli nümayəndələr əlavə və dəyişiklilər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Müzakirələrdə tədbir iştirakçılarının sualları cavablandırılmış, izahatlar verilmişdir. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsini, Respublikada aparılan islahatları lazımlı hesab etmiş razılıqlarını bildirmişlər.
Yekunda Anar Xəlilov və Əliməmməd Nuriyev tədbir iştirakçılarını Azərbaycan Respublikasının hərtərəfli inkişafına tövhə verəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, siyasətin uğurla davam etdirilməsinə təkan verəcək sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan referendumda fəal iştirak etməyə çağırmışlar.