Əsas Səhifə / Xəbərlər

Regionlarda “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzusunda konfranslar keçirilib

20-06-2016, 17:02

Regionlarda “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzusunda konfranslar keçirilib
Layihənin məqsədi dini mühitdə radikallığa və ekstremizmə meyllərin öyrənilməsi, dəyərləndirilməsi, bu meyllərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, kompleks tədbirlərin effektini daha da artırmaq üçün müvafiq qurumlara təkliflərin verilməsidir.

Layihə çərçivəsində Binəqədi, Qəbələ və Sabirabad rayonlarında keçirilən konfranslar zamanı yerli İcra Hakimiyyətləri yanında Dini İşlər üzrə Komissiyalar, yerli idarəetmə orqanları, rayon Ağsaqqallar Şurası, Gənclər və İdman İdarələri, yerli mətbuat orqanları, ziyalılar, təhsil işçiləri, dini icma nümayəndələri, regionun din xadimlərinin iştirakı ilə ictimai müzakirələr aparılıb, gənclərin radikal cərəyanlara meyllənməsi barəsində fikir mübadiləsi həyata keçirilmiş, təkliflər səsləndirilib. Vətəndaş cəmiyyəti quruculuğunda dindar kəsimin fəal iştirakının təmin edilməsi, dindarların cəmiyyətə inteqarasiyasının sürətləndirilməsi, dindarların özlərini cəmiyyətdən və dövlətdən kənar hiss etmə kompleksinin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin aparılması vacibliyi də vurğulanıb. Konfranslarda məruzələr dinlənilib, məruzə ətrafında müzakirələr aparılıb.

 

Müzakirə olunan əsas mövzular aşağıdakılar olub:

1Azərbaycanda tolerantlıq mühiti: nailiyyətlər və çatışmazlıqlar;

2Vətəndaş cəmiyyəti quruculuğunda dindar kəsimin fəal iştirakının təmin edilməsi, dindarların cəmiyyətə inteqarasiyasının sürətləndirilməsi;

3Radikal dini cərəyanların, ekstremizmin təbliğatında gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlər - radikal dini qrupların təbliğatına qarşı dini icmalarla, dövlət orqanları və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi;

4Radikallığa qarşı düzgün dini maarifləndirmə və mətbuat

Konfrasnlarda həmçinin valideynlərlə, vətəndaş cəmiyyətinin nümayəndələrinin, dini icma nümayəndələinin birgə səyləri ilə məktəbli və tələbələrin qeyri - ənənəvi, yad dini qrupların təbliğatına qarşı atıla biləcək addımlar, düzgün dini maarifləndirmə sahəsində aparılacaq işlər də müzakirə olundu. Bu istiqamətdə müxtəlif qurumların səylərinin birləşdirilməsi məqsədəuyğun hesab olundu.

İştirakçılara müxtəlif nəşr paylama materialları da təqdim olundu.

Binəqədi, Qəbələ və Sabirabad rayonlarının hər birində keçirilən konfranslarda 420 nəfər gənc, Dövlət və ictimaiyyət nümayəndələri iştirak edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]