Dünya

Səudiyyə Ərəbistanından Van terroruna – Reaksiya

13-09-2016, 14:46
Səudiyyə Ərəbistanı Türkiyənin Van vilayətində baş verən terror hücumuna münasibət bildirib.
 
Axar.az xəbər verir ki, rəsmi Ər-Riyad terror aktını pisləyərək Ankaranın yanında olduğunu açıqlayıb.
 
SPA agentliyinin yaydığı məlumatda terrorizmlə mübarizədə Səudiyyə Ərəbistanının Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğu vurğulanıb.
 
Xatırladaq ki, bu gün Van valiliyi və AKP-nin vilayət təşkilatının yerləşdiyi bina yaxınlığında baş verən partlayış zamanı 48 nəfər yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]