Siyasət
Səudiyyə Əsədə görə Ankaranı təhdid etdi
16-07-2016, 04:24
Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyir Türkiyəni təhdid edib.
Axar.az xəbər verir ki, Türkiyənin Suriya müxaliflərinə asanlıqla xəyanət edə bilməyəcəyini deyən nazir Ankaranın Dəməşqlə yaxınlaşmasının mümkün olmadığını bildirib:
"Baş nazir Binəli Yıldırım Türkiyənin ölümcül bir xəta edəcəyi, Əsədlə yaxınlaşacağı təqdirdə kürdlər tərəfindən bölünmə ehtimalı qarşısında müdafiəsiz olduğunu yaxşı bilir”.
Xatırladaq ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Suriya ilə münasibətlərin normallaşmasının vacib olduğunu açıqlayıb.
740 DƏFƏ OXUNUB