“Bu günün gənci, sabahın sahibkarı” mövzusunda təlim keçirilib
Vergilər
Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və
uçot idarəsi tərəfindən Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən "Bu
günün gənci, sabahın sahibkarı” layihəsi çərçivəsində gənc sahibkarlar və
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün vergilərlə bağlı təlim
keçirilib.
Xeberman.com-un verdiy məlumata görə, tədbir
iştirakçılarına Azərbaycanın vergi sistemi barədə ətraflı məlumat verilərək bildirilib
ki, vergi sistemində aparılan islahatlar
nəticəsində ölkədə müasir vergi inzibatçılığı formalaşıb, vergi orqanları
tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin
genişləndirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi
orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı hörmət və
etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə
vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi
istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Sonra tədbir iştirakçılarının vergilərin növləri, vergi ödəyicilərinin qeydiyyatı və uçotu, POS-terminalların və nəzarət kassa aparatlarının tətbiqi qaydaları, vergi yoxlamaları, Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, nazirliyin rəsmi internet səhifəsi və 195 Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı çoxsaylı sualları cavablandırılıb.