İqtisadiyyat

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

23-12-2016, 01:25

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıbÖlkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlilinə əsaslanan, ölkənin persperktiv inkişaf hədəflərini müəyyənləşdirən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilib.

Xeberman.com-un verdiy məlumata görə, aparılan çoxşaxəli iqtisadi islahatlar bütövlükdə səmərəli vergi siyasəti, təkmil vergi qanunvericiliyi və əlverişli vergi mühitinin formalaşdırılmasını zəruri edir. Ötən dövr ərzində iri miqyaslı konsepsiyalar, strategiya və proqramlar qəbuil edilib, beynəlxalq əməkdaşlıq çərçivəsində qabaqcıl təcrübələr öyrənilərək milli vergi sistemində tətbiq edilib, institusional potensialın gücləndirilməsi, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılıb.

Ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi və vergi sahəsində həyata keçirilən islahatların davamı kimi, Azərbaycan Respubkikası Prezidentinin 4 avqust 2016-cı il tarixli "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası, vergi orqanlarında kadr potensialından səmərəli istifadə edilməsi, eləcə də daha təkmil və müasir idarəetmə menecmentinin formalaşdırılması məqsədilə vergilər naziri Fazil Məmmədovun əmri ilə  Vergilər Nazirliyində aşağıdakı struktur dəyişiklikləri aparılıb:

Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması Baş İdarəsi və Vergi auditi və operativ nəzarət Baş İdarəsi ləğv edilərək, onların bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti və Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.

Vergi ödəyicilərinə xidmət Baş İdarəsi ləğv olunaraq onun bazasında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti yaradılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər və 1 saylı Vergilər Departamentləri ləğv olunaraq, onların bazasında Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamenti yaradılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]