Foto Fakt
Vergilər Nazirliyi Sumqayıt şəhərində sahibkarlarla görüş keçirib (FOTO)
22-01-2017, 17:57
Vergilər Nazirliyi bu gün vergi ödəyicilərinin mühüm iqtisadi dislokasiya zonalarından hesab olunan Sumqayıt şəhərində, 2 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan Sumqayıt və Xırdalan şəhərləri, həmçinin Siyəzən və Xızı rayonların sahibkarları ilə görüş keçirib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Xeberman.com verilən məlumata görə, görüşdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədinin ölkədə sahibkarlığın və investisiyaların təşviqi, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması olduğunu bildirib.
Nazir müavini qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. S.Ələkbərov sahibkarları bu qanunun yaratdığı imkanlardan maksimum yararlanmağa çağırıb və bildirib ki, yaranmış borclar üzrə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən hesablanmış maliyyə sanksiyaları artıq tam həcmdə silinmiş, digər maliyyə sanksiyaları üzrə isə müəyyən edilmiş şərtlər daxilində silinəcək.
Görüşdə çıxış edən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər və onların tətbiqi ilə bağlı məsələlər barədə vergi ödəyicilərini məlumatlandırıb, e-qaimə fakturaların tətbiqi, “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərindən irəli gələn məsələləri şərh edib.
Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov ayrı-ayrı sahələrdə vergi ödəyicilərinin rastlaşdığı konkret suallara aydınlıq gətirib.
Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, intizamlı vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipinə əsaslanan şəffaf vergi xidmətlərinin göstərilməsi, bu prinsip əsasında göstərilən fərdi xidmətlər, uçot sistemnin şəffaflaşdırılması ilə bağlı məsələlər barədə məlumat verib.
Sonra tədbirdə iştirak edən vergi ödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb.