Əsas Səhifə / Xəbərlər

Bakı metrosundan Ödənişsiz kurslar - FOTO

19-08-2016, 11:20

Bakı metrosundan Ödənişsiz kurslar  - FOTO
Qurumun məötbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Xeberman.com –a verdiyi məlumata görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.

Kursda iştirak edəcək tələblər 22 – 30 yaşda olmalıdır. Kurslara yalnız hərbi mükəlləfiyyətli kişilər qəbul edilir. Tələbələrin texniki ali təhsilləri olmalıdır. Azərbaycan və rus dillərini bilməlidirlər. Digər xarici dil bilmək arzuolunandır. Müraciət edən tələbələr Bakı şəhərində qeydiyyatda olmalıdırlar.

Kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (https://metro.gov.az/az/career/workforus)

Administratorla əlaqə

077 611-55-22

[email protected]