Əsas Səhifə

Bakıda faciə: Gənc oğlan özünü metro qatarının altına atdı – FOTO + YENİLƏNİB

13-01-2016, 11:24

Bakıda faciə: Gənc oğlan özünü metro qatarının altına atdı – FOTO + YENİLƏNİB
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, hadisə bu gün saat 11:08 radələrində mertonun "Əhmədli" stansiyasında baş verib.

Qatar stansiyanın platformasına daxil olarkən 1982-ci il təvəllüdlü Qazax rayon sakini Aşurov Qoşqar Etibar oğlu özünü qəfildən qatarın altına atıb. 

Meyit aidiyyəti üzrə təhvil veriləcək.

N.Paşayev bildirib ki, qatarların hərəkətində problem yoxdur.

11:26

Bakı metrosunda dəhşətli faciə baş verib.

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən vətəndaş özünü Bakı Metropoliteninin "Əhmədli” stansiyasında hərəkətdə olan qatarın altına atıb.

Verilən məlumata əsasən, gənc oğlan hadisə yerində keçinib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]