Əsas Səhifə / Ölkə

"Bakı Metropoliteni" Bilik Günü ilə əlaqədar daha bir sosial layihə həyata keçirib

15-09-2016, 15:43

"Bakı Metropoliteni"  Bilik Günü ilə əlaqədar daha bir sosial layihə həyata keçirib
Bu gün metronun "Elmlər Akademiyasının təmirdən sonra istifadəyə verilən əsas çıxışında bu münasibətlə tədbir keçirilib. Tədbirdə metropoliten işçiləri birinci sinifə qədəm qoyan şagirdləri qarşılayıb və onlara sürpriz hazırlayıb. Belə ki, metropoliten işçiləri "Elmlər Akademiyası" stansiyasından istifadə edən birincilərə hazırladıqları sualları veriblər. Suallar tapmacalar, metro stansiyaları və Azərbaycanın şifahi xalq ədəbiyyatı haqqında olub. Sualların cavabını tapan balaca sərnişinlərə metropoliten əməkdaşları hədiyyələr təqdim ediblər.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinini mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tədbir günün sonuna qədər davam edəcək. Gün ərzində stansiyadan istifadə edən 1-ci sinif şagirdlərini metropoliten əməkdaşları qarşılayacaq, onları bilik günü münasibətilə təbrik edəcək və balaca sərnişinlərə hədiyyələr verəcək.


Administratorla əlaqə

077 611-55-22

[email protected]