Əsas Səhifə / Xəbərlər

Bakı Metrosunda uğurlu layihə - FOTO

23-07-2016, 13:07

Bakı Metrosunda uğurlu layihə  - FOTO
Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Xeberman.com -averilən xəbərə görə, Tədbir çərçivəsində "Azadlıq prospekti”, "Nəsimi”, "Elmlər Akademiyası”, "Nizami”, "28 May”, "Qara Qarayev”, "Neftçilər”, "Koroğlu”, "Əhmədli” və "Həzi Aslanov” stansiyalarında işğal altında olan ərazilərimiz haqqında məlumatlar xüsusi tərtib olunmuş stendlərdə nümayiş etdirilir.
Statik lövhələrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız haqqında ümumi məlumatla yanaşı, ərazilərimizin işğal tarixi, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz vətəndaşlarımıza bir daha xatırladılır. Layihənin məqsədi bu hadisələri yaddaşlarda möhkəmləndirmək, eləcə də şəhərimizə təşrif buyuran əcnəbi qonaqların işğal olunmuş ərazilərimizə diqqətini cəlb etməkdir.
Stendlərdə Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları haqqında məlumatların əks olunması, əhali arasında, xüsusən də gənclərdə vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın davamıdır.

Bakı Metrosunda uğurlu layihə  - FOTO
Bakı Metrosunda uğurlu layihə  - FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]