Əsas Səhifə / Siyasət / Dünya

Türkiyə parlamentinin yeni spikeri bəlli oldu – İsmayıl Qəhrəman

22-11-2015, 18:15
Türkiyə parlamentinin yeni spikeri bəlli oldu – İsmayıl Qəhrəman

Türkiyə Böyük Millət Məclisinin yeni sədrli bəlli olub. Musavat.com-un məlumatına görə, bu, hakim Ədalət və İnkişaf Partiyasından İstanbul millət vəkili İsmayıl Qəhrəmandır. Onun lehinə 3-cü tur səsvermədə 316 deputat səs verib.

Səsvermənin ilk iki turu nəticəsiz başa çatıb. İsmayıl Qəhrəmandan başqa spikerliyə daha 3 deputatın namizədi irəli sürülmüşdü. Bunlar Cümhuriyyət Xalq Partiyasından (CHP) Ankara millət vəkil iGülsün Bilgəhan, Milliyətçi Hərəkat Partiyasından (MHP) Kayseri millət vəkili Yusif Halaçoğlu və Xalqların Demokratik Partiyasından (HDP) İstanbul millət vəkili Dengir MirMehmet Fırat idi.
Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]