Əsas Səhifə / Yaşam
Millət vəkili o evlə bayramlaşdı - FOTOLAR
3-01-2016, 13:01
Qarabağ qazisi, məcburi köçkün olan Mahir Rzayev 20 ildən artıqdır ki, çox çətin şəraitdə yaşayır. 6 uşaq atası olan Mahir Rzayevin ailəsi bir otaqdan ibarət, heç bir şəraiti olmayan evdə məskunlaşıbdır.
Evinin konkret ünvanı da yoxdur, sadəcə, yerləşdiyi yer Sumqayıt qəbiristanlığının aşağı tərəfi adlanır.
Millət vəkilinin ziyarəti ilə bağlı Mahir Rzayev belə deyib: "Tanrı vətənsevər ogullarımızı qorusun. İllər ərzində kimsədən görmədiyim dəyəri, dəyərli vətənoglu hörmətli Adil Əliyevdən gördük. Hələ uşaqlarım belə sevincli an yaşamamışdır. Tanrı yar və yardımçıları olsun”.
TURKUSTAN.info