Ölkə

Məhkəmə Müsavatı haqsız çıxardı

7-11-2015, 17:27
Məhkəmə Müsavatı haqsız çıxardı

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasından deputatlığa 3 namizədin şikayətinə baxılıb. Bu barədə namizədlərdən biri Mustafa Hacıbəyli öz «facebook» səhifəsində məlumat paylaşıb. Digər iki namizəd isə Gülağa Aslanlı və Səxavət Soltanlı olub.

Yada salaq ki, MSK oktyabrın 29-da verdiyi qərar ilə Müsavat Partiyasından deputatlığa namizəd olan şəxslərin öz namizədliyini geri götürməsini məhdudlaşdırmışdı.

Bakı Apellyasiya Məhkəməsində üç proses keçirilib. Hər üç prosesdə MSK-nı komissiyanın üzvü Baxşeyiş Əsgərov təmsil edib. Gülağa Aslanlının verdiyi məlumatına görə, məhkəmə proseslərində MSK-nın qərarının qanunsuz olduğu isbat edilsə də, şikayətlər təmin olunmayıb. Gülağa Aslanlı bildirib ki, gələn həftə daha 8 Müsavat nümayəndəsinin apellyasiya şikayətlərinə baxılacaq.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib. Seçkilərdən 5 gün əvvəl isə Müsavat Partiyası namizədlərinin geri çəkilməsi ilə bağlı qarar vermişdi.

Mərkəzi Seçki Komissiyası isə Müsavat Partiyasının namizədlərinin adını seçki bülletenlərindən çıxarmamışdı. MSK-nın qərarında deyilirdi ki, Seçkilər Məcəlləsinə görə, bir partiya yalnız seçkilərə 10 gün qalmış namizədlərini geri çağıra bilər.

Müsavat Partiyasından olan namizədlər geri çəkilmələri ilə bağlı DSK-lara fərdi qaydada müraciət edəndə isə MSK bunun seçicilərdə çaşqınlıq yaradacağını bildirmişdi. Nəticədə DSK-lar Müsavatdan olan namizədlərin fərdi müraciətlərinə də mənfi cavablar vermişdi.

Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]