Siyasət

ABŞ Ərdoğana xəbərdarlıq etdi: "Çox irəli getməyin"

18-07-2016, 17:38

Kerri Türkiyədə baş verən hadisələrin NATO-da müzakirə edəcəyini fikrinə əlavə edib. 

"Həqiqətən Türkiyənin seçilmiş liderlərinin yanındayıq”.

Xeberman.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Brüsseldə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Türkiyəni hüququn aliliyinə hörmət göstərməyə çağırıb: "Hesab edirik ki, Türkiyə hökümətində sükutun bərpa edilməsi, qorunması və aidiyyatı qurumlara hörmət edilməsi vacibdir. Çevriliş cəhdi göstərənlərin məhkəmə qarşısına çıxarılmasını da dəstəkləyirik. Amma Türkiyəyə xəbərdarlıq edirik ki, çevriliş cəhdindən sonra qayda-qanunu təmin etmək məsələsində çox irəli getməsin”.

Kerri Türkiyədə baş verən hadisələrin NATO-da müzakirə edəcəyini fikrinə əlavə edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]