Əsas Səhifə / Xəbərlər
XİN ; Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəkliyirik
16-07-2016, 13:20
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən Xeberman.com –a verilən məlumata görə,
E.Məmmədyarov Türkiyədə baş vermiş hadisələrlə əlaqədar türkiyəli həmkarı
M.Çavuşoğlu ilə telefonla danışıb. E.Məmmədyarov qardaş Türkiyədə yaşanan
hadisələrin narahatlıqla izlənildiyini diqqətə çatdırırb. O, Türkiyə xalqının
demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini
pisləyib və qəbuledilməz olduğunu vurğulayıb. Qardaş Türkiyə xalqının
demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini, hökumətlə həmrəy olaraq
bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini bildirib.