Əsas Səhifə / Xəbərlər

Daha Bir körpü istifadəyə verildi - FOTO - VİDEO

15-07-2016, 13:36

Daha Bir  körpü istifadəyə verildi  - FOTO - VİDEO
Bu barədə  Xeberman.com –a "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilir ki, sözügedən avtomobil körpüsü Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Körpün uzunluğu 12 metr, eni 4 metrdir. Körpü qısa müddət ərzində yüksək keyfiyyətlə bərpa edilərək vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, son aylar ərzində Separadi-Teşkan avtomobil yolundan başqa Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü – Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində də yeni avtomobil körpüləri inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Daha Bir  körpü istifadəyə verildi  - FOTO - VİDEO
Daha Bir  körpü istifadəyə verildi  - FOTO - VİDEO
Daha Bir  körpü istifadəyə verildi  - FOTO - VİDEO

Administratorla əlaqə

077 611-55-22

[email protected]