Əsas Səhifə / Xəbərlər

4 avtomobil körpüsü inşa edilir - FOTO - VİDEO

12-07-2016, 16:29

4 avtomobil körpüsü inşa edilir  - FOTO  -   VİDEO
"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağstafa rayonunda dörd avtomobil körpüsü inşa edilir.

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə "Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda üç, Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə bir körpünün inşası davam etdirilir.

Bu barədə  Xeberman.com -a"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Sözügedən körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmiryol və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə, Kür çayı üzərində yerləşən körpü isə 119 il əvvəl, yəni 1897-ci ildə inşa edilib.

Layihə çərçivəsində dəmiryol, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb. Hazırda hər bir körpünün bünövrəsinin və dayaqlarının tikintisi işləri aparılır. Avtonəqliyyat vasitələrinin gediş-gəlişi üçün isə müvəqqəti yol salınıb.

Kür çayı üzərində inşa edilən körpünün üç aşırımlı olmaqla uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası aparılan körpünün üç aşırımlı olmaqla uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün üç aşırımlı olmaqla uzunluğu 66 metr, dəmiryol üzərindəki körpününü isə bir aşırımlı olmaqla uzunluğu 34 metr olacaq. Hər bir körpünün hərəkət hissəsinin eni 11.5 metr, hər iki istiqamət üzrə piyada səkilərinin eni 1.5 metr olmaqla, ümumi eni 14.5 metr olacaq.

Layihəyə uyğun olaraq körpülərə yanaşma yollarının salınması da nəzərdə tutulub. Yanaşma yollarının 3-cü texniki dərəcəli və iki hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edəcək.

4 avtomobil körpüsü inşa edilir  - FOTO  -   VİDEO
4 avtomobil körpüsü inşa edilir  - FOTO  -   VİDEO
4 avtomobil körpüsü inşa edilir  - FOTO  -   VİDEO
4 avtomobil körpüsü inşa edilir  - FOTO  -   VİDEO
4 avtomobil körpüsü inşa edilir  - FOTO  -   VİDEO
4 avtomobil körpüsü inşa edilir  - FOTO  -   VİDEO

Administratorla əlaqə

077 611-55-22

[email protected]