Əsas Səhifə / Ölkə

Bakı-Elət-Qazax avtomobil yolunun bir hissəsi təmir olundu – FOTO

21-09-2016, 13:12

Bakı-Elət-Qazax avtomobil yolunun  bir hissəsi təmir olundu – FOTO
"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Xeberman.com -a verilən məlumata görə, sözügedən hissənin uzunluğu 87,8 km-dir və layihə çərçivəsində 4 ədəd yol qovşağı, 5 ədəd su üzərindən körpünün inşası həyata keçirilib.

Ümumiyyətlə, avtomobil yollarının yenilənməsi, yenilənməylə paralel olaraq yollarda sürətin artması həm sərnişin, həm də yükdaşımanın rahat şəkildə həyata keçirilməsinə, bununla da artımına səbəb olur. Yükdaşımanın artması isə təbii ki, bu sahədən gə­lən gə­lirlərin, büdcəyə da­xil olan və­sa­i­tin həc­minin artmasına və nəticədə döv­lət büd­cə­si­nin in­ki­şa­fı­na gətirib çıxarır.

"Qədim İpək Yolu”nun üzərində yerləşən respublikamızda "Azəravtoyol” ASC tərəfindən yaradılan müasir yol infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da bu sahədə imkanları artır.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidənqurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illər I texniki dərəcəli yolların uzunluğu 500 km-ə qədər artıb.
Bakı-Elət-Qazax avtomobil yolunun  bir hissəsi təmir olundu – FOTO
Bakı-Elət-Qazax avtomobil yolunun  bir hissəsi təmir olundu – FOTO
Bakı-Elət-Qazax avtomobil yolunun  bir hissəsi təmir olundu – FOTO
Bakı-Elət-Qazax avtomobil yolunun  bir hissəsi təmir olundu – FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]