Əsas Səhifə / Ölkə

Bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib - FOTO - VİDEO

14-07-2016, 18:06

Bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib - FOTO - VİDEO
ASC-dən  Xeberman.com verilən məlumata görə, söhbət Nəsimi rayonu Süleyman Rüstəm küçəsinin Koveroçkin (ABŞ səfirliyinin arxası) və Füzuli küçələri arasında yerləşən hissəsindən gedir.

Təmir-bərpa işlərinin aparıldığı hissənin uzunluğu 950 metr, eni isə 9 metrdir. Aparılmış işlər zamanı küçənin köhnə asfalt-beton örtüyünün dağılmış və qabarmış hissələri frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə 9 min kv.m sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Zəruri olan yerlərdə piyada səkiləri bərpa oluanaraq asfaltlanıb, kənarlarına 1800 paqonmetr yeni səki daşı düzülüb.

Aparılan təmir-tikinti işləri zamanı mövcud yeraltı komunikasiya xətləri yenilənib, ehtiyac olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəzlənib, həmçinin yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqlıqları dəyişdirilib.

Avtonəqliyyat vasitələrinin və piyadaların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları salınıb, üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

Bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib - FOTO - VİDEO
Bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib - FOTO - VİDEO
Bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib - FOTO - VİDEO
Bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib - FOTO - VİDEO

Administratorla əlaqə

077 611-55-22

[email protected]