Əsas Səhifə / Xəbərlər

Novosaratovka-Çobankənd-Novoivanovka yolunun tikintisinə başlandı FOTO - VİDEO

1-07-2016, 16:21

Novosaratovka-Çobankənd-Novoivanovka yolunun tikintisinə başlandı  FOTO - VİDEO
"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Xeberman.com -a verilən məlumata görə, Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9,6 km-dir. Yol torpaq və çınqıl örtüklüdür. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir və 2 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 10 metr olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə bərkidici zolaq da daxil çiyinlərin eni 2 metr təşkil edəcək.

Hazırda torpaq işləri həyata keçirilir, yol yatağı və yol əsasının tikintisi aparılır. Layihə çərçivəsində suların ötürülməsi üçün su borularının və su keçidlərinin tikintisi işləri də aparılacaq. Torpaq işləri yekinlaşdıqdan sonra yola asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Ümumilikdə yolun 60 min m2 sahəsinin iki qat olmaqla asfaltlanması planlaşdırılır. 9,6 km-lik Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq. Bundan başqa inşa olunacaq yeni yol kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq.


Novosaratovka-Çobankənd-Novoivanovka yolunun tikintisinə başlandı  FOTO - VİDEO
Novosaratovka-Çobankənd-Novoivanovka yolunun tikintisinə başlandı  FOTO - VİDEO
Novosaratovka-Çobankənd-Novoivanovka yolunun tikintisinə başlandı  FOTO - VİDEO
Novosaratovka-Çobankənd-Novoivanovka yolunun tikintisinə başlandı  FOTO - VİDEO

Administratorla əlaqə

077 611-55-22

[email protected]