Nərimanov rayonunda 4 küçə təmir olunuraq yeni görkəm aldı ( FOTO / VİDEO )
Təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar
Orucəliyev və Çernyavski küçələrində aparılır.
"Azəryolservis" ASC-nin mətbuat katibliyindən Xeberman.com –a verilən məlumata görə,Aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir və asfaltlanır. Bundan başqa zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur və yeniləri tikilir, yeni səki daşları düzülür, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq, baxış qapaqları yenilənir.
Təmir olunanArif Heydərov küçəsinin uzunluğu1146 metr,eni isə11,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində14500 m2, səkilərdə isə5200 m2ərazinin asfaltlanması,3300 paqon-metryeni səki daşının düzülməsi,42 ədədkanalizasiya qapaqlarının dəyişdirilməsi və53 ədədkanalizasiya quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması nəzərdə tutulub.
Vladimir Mayakovski küçəsinin uzunluğu746 metr, eni isə12,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində9630 m2, səkilərdə isə4050 m2ərazinin asfaltlanması,3200 paqon-metryeni səki daşının düzülməsi və25 ədədkanalizasiya qapaqlarının dəyişdirilməsi işləri aparılır.
Təmir işlərinin aparıldığı daha bir küçəƏlicabbar Orucəliyev küçəsidir. Bu küçənin uzunluğu325 metr, eni isə11,2 metrdir. Burda təmir işləri zamanı ümumilikdə4700 m2ərazi asfaltlanır,760 paqon-metryeni səki daşı düzülür və16 ədədkanalizasiya qapağı dəyişdirilir.
Çernyavski küçəsinin təmir olunan hissəsi Ağa Nemətulla və Hidayətzadə küçələri arasında yerləşir. Uzunluğu 390 metr, eni isə15,9 metrdir. Burda həm yolun hərəkət hissəsində, həm də səkilərdə8200 m2ərazidə asfaltlanma işləri aparılacaq, küçə boyu350