Əsas Səhifə / Xəbərlər

Daha bir yol yeni görkəmdə sürücülərin ixtiyarındadır -VİDEO + FOTO

6-06-2016, 16:46

Daha bir yol yeni görkəmdə sürücülərin ixtiyarındadır -VİDEO + FOTOBu barədə Xeberman.com-a "Azəravtoyol” ASC-dən bildirilib. Məlumata görə, uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemlər tam olaraq aradan qaldırılıb.

 


"Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilib. Bundan başqa yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub, köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə yol boyu 81 min m2 sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənib. 
Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 1-2 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yol boyu yeni işıq dirəkləri də quraşdırılıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarıquraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb”, - deyə qurumdan qeyd edilib. Qurumdan həmçinin bildirilib ki, ümumiyyətlə, avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin inşası davam edən Dənizkənarı Dairəvi yoluna və Zabrat-Maştağa-Buzovna avtomobil yoluna rahat və maneəsiz çıxışı təmin olunub.

 

 
Daha bir yol yeni görkəmdə sürücülərin ixtiyarındadır -VİDEO + FOTO
Daha bir yol yeni görkəmdə sürücülərin ixtiyarındadır -VİDEO + FOTO
Daha bir yol yeni görkəmdə sürücülərin ixtiyarındadır -VİDEO + FOTO
Daha bir yol yeni görkəmdə sürücülərin ixtiyarındadır -VİDEO + FOTO
Daha bir yol yeni görkəmdə sürücülərin ixtiyarındadır -VİDEO + FOTO

Administratorla əlaqə

077 611-55-22

[email protected]