Avtovağzal ərazisində bərkitmə işləri yekunlaşdı (FOTO/VİDEO)
"Azəravtoyol"
ASC-dən Xeberman.com –a verilən
məlumata görə, hazırda avtobusların dayanacağının yerləşdiyi və 250 metr
uzunluğunda olan köməkçi yolun bərpası istiqamətində addımlar atılır.
Yolun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra
karbonat materialı tökülərək kipləşdirilib. Hazırda yolun köhnə asfalt-beton
örtüyünün üst qatı frez maşınları vasitəsilə ilə qaşınaraq ərazidən daşınır,
əlavə bərkitmə işləri görülərək yol asfaltlanması üçün hazır vəziyyətə
gətirilir. Yaxın günlər ərzində asfaltlanma işləri yekunlaşdırılacaq və yolda
hərəkət bərpa olunacaq.
Qeyd edək ki, sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı
yuxarı hissədə 16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 ədəd istinad divarı
inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb. Yəni divar deşilib, ora
xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub.
Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və
əsas yolun kənarlarında ineksiya işləri görülüb. Yer bir neçə yerdən 20-30 metr
dərinlikdə deşilib, ora beton məhlul tökülüb. Bundan başqa mövcud istinad
divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1200
millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub.
Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər aparılıb. Belə ki,
16 metr uzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna
paralel olaraq ərazidə aparılan svayvurma işləri aparılıb. Ümumilikdə əraziyə
96 ədəd svay vurulub.