Siyasət

Deputat: «Bundan sonra Azərbaycana təzyiqlər başlayacaq»

11-07-2016, 17:37
Sergey Lavrovun səfər çərçivəsində ölkə prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcəyi deyilir. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının da müzakirə ediləcəyi bildirilir.

Lavrovun Bakı səfərini millət vəkili Araz Əlizadə Ölkə.Az-a şərh edib:

«Hal-hazırda ABŞ və Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün əməliyyat keçirirlər. Hər iki dövlət təklif edir ki, Dağlıq Qarabağ münaqişəsi mərhələli həll olunsun. Dağlıq Qarabağ probleminin mərhələli həll edilməsi özündə çox böyük təhlükələr daşıyır. Misal üçün, mərhələli həllin əvvəli kimi bizə 5 rayonu verəcəklər. Sonra deyəcəklər ki, ermənilər öz güzəşt yolunu keçiblər. Bundan sonra Azərbaycana təzyiqlər başlayacaq. Danışıqların içərisində olmadığım üçün onun detallarından xəbərim yoxdur. İlham Əliyev çox təcrübəli diplomatdır. Əminəm ki, danışıqları bizim xeyrimizə həll edəcək».

Administratorla əlaqə

077 611-55-22

[email protected]