Siyasət

Rusiyanın Türkiyə ilə yaxınlaşması Qarabağ məsələsinə necə təsir edəcək?

7-07-2016, 16:42
Rusiyanın Türkiyə ilə yaxınlaşması Qarabağ məsələsinə necə təsir edəcək?
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müvafiq formatlar mövcuddur". Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Krımda keçirdiyi brifinqdə deyib.

O, "Türkiyə ilə Rusiyanın yaxınlaşmanın Qarabağ münaqişəsinin həllinə necə təsir edəcək?" sualına belə cavab verib: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müvafiq formatlar - Minsk qrupu, bizim Ermənistan və Azərbaycanla birbaşa dialoqumuz, Rusiya prezidentinin hər iki ölkə prezidentləri ilə keçirdiyi yüksək səviyyəli görüşlər mövcuddur", - deyə Zaxarova vurğulayıb.

Mariya Zaxarova keçirdiyi brifinqdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iyulun 11-12-də Azərbaycana işgüzar səfərə gələcəyini də qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]