Siyasət

Azərbaycan prezidenti: «Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir»

25-06-2016, 18:35

«Azərbaycan ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir».

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq işləmir. Bununla belə, ölkəmiz diplomatik və siyasi səylərini davam etdirəcək».

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atır: «Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistanın şərtləri qəbul edilmədi. Sankt-Peterburq görüşünün müsbət nəticələri var».

Prezident İlham Əliyev bildirib ki, ordu quruculuğuna bundan sonra da xüsusi diqqət yetiriləcək: «Azərbaycan ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir».

Administratorla əlaqə

077 611-55-22

[email protected]