Ölkə

Direktor 86 saylı məktəbi kommersiya obyekti kimi istismar edir

6-07-2016, 13:39

Almaz Əzizova təhsildəki maxinasiyalarını restoranına da gətirib. Biz redaksiyamıza daxil olan məlumatlar əsasında hazırladığımız və Bakının Xətai rayonunda yerləşən 86 saylı məktəbdə baş verən özbaşınalıqlardan bəhs edən tənqidi material dərc etmişdik. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, 86 saylı orta məktəbin direktoru Almaz Əzizova bu tədris müəssisəsini əsil kommersiya obyekti kimi istismar edir. Materialda qeyd olunmuşdu ki, Almaz xanım bir müddət əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xətai rayonundakı Heydər Əliyev adına liseyində direktor müavini vəzifəsində işləyib.

Həmin liseyin direktoru isə Fikrət Xəlilovdur. Məlumatlarda bildirilir ki, bu liseydə də A.Əzizovanın əsas fəaliyyəti çeşidli maxinasiyaların köməyi ilə qeyri-qanuni pul yığımlarını həyata keçirməkdən ibarət olub. Elə sonradan Almaz xanımı sədaqətli işinə görə 86 saylı orta məktəbə direktor təyin etdirən də məhz Fikrət Xəlilov olmuşdur. Amma bunun müqabilində Almaz xanım öz himayədarına nə az-nə çox, düz 40 min manat rüşvət ödəmişdir. Beləliklə də 2012-ci ilin sentyabrında 86 saylı məktəbin kollektivi yeni dərs ilinə yeni direktorla başlamışdır. Təbii ki, belə böyük məbləğdə ödəniş edəndən sonra məktəbə sadəcə kommersiya obyekti kimi deyil, hətta artıq özəlləşdirilmiş kommersiya obyekti kimi də baxmaq olar.

Təsadüfi deyil ki, artıq elə ötən il məktəbin əsaslı təmirinə ayrılmış külli miqdarda dövlət vəsaitlərinin də böyük bir hissəsi məktəbin rəhbərliyi tərəfindən mənimsənilib. Bundan sonra məktəbdə keçirilən yoxlama nəticəsində bu fakt aşkarlansa da, Almaz xanım mənimsədiyi pulların bir hissəsi ilə bölüşməklə yaxasını məsuliyyətdən qurtara bilib. Materialda həmçinin qeyd olunmuşdu ki, mənbələr A.Əzizovanı həm də məktəbdən kənar həyatında müxtəlif cinayət hadisələri törətməkdə ittiham edirlər. Belə ki, məlumatlara əsasən hələ 2006-cı ildə Almaz Əzizova idarə etdiyi 10-MM-061 dövlət nömrə nişanlı, "Mersedes” markalı avtomobillə az yaşlı piyada uşağı vuraraq onun ölümünə səbəb olmuşdur. Bununla belə məhkəmədə bu ağır cinayət əməlinə görə Almaz xanıma yalnız şərti "iş” kəsilmişdi.

Digər tərəfdən isə valideynləri ciddi narahat edən daha bir məqam da A.Əzizovanın əxlaqi keyfiyyətləri ilə bağlıdır. Məlumatlarda bildirilir ki, məktəb direkorunun Neapol dairəsində yerləşən "Qırxqız dağı” adlı restoranında tətbiq etdiyi iş üsullarını rəhbərlik etdiyi tədris müəssisəsində təcrübə etməsi artıq müəyyən neqativ insidentlərə səbəb olmuşdur. Belə ki, məktəbin idman müəllimi yuxarı sinif şagirdi olan qızlardan birinə sataşıb. Bunun müqabilində isə həmin sinifin oğlanları müəllimi "tərbiyələndirmək” məqsədilə döyüblər. Daha sonra məsələ ətrafında polis araşdırması başlanıb. Lakin Almaz xanımın müdaxiləsindən sonra araşdırma başlandığı kimi də dayandırılıb. Yeni aldığımız məlumatlarda isə A.Əzizovanın "Qırxqız dağı” restoranına dair bəzi yeni açıqlamalar təqdim olunub.

Bildirilir ki, bu restoranın fəaliyyəti hazırda vergi orqanları tərəfindən rəsmi olaraq dayandırılıb. Buna səbəb isə təftiş zamanı müəyyən edilmiş bir sıra qanun pozuntuları olub. Lakin buna baxmayaraq "Qırxqız dağı” bu gün də qismən fəaliyyət göstərir. Amma restoranın profilində müəyyən dəyişikliklər edilib. Mənbə iddia edir ki, həmin obyekt bu gün sadəcə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməkdədir. Həmçinin qeyd olunur ki, günün əksər saatlarında "Qırxqız dağı”nın qarşısında, hərəkətləri ilə ruhi xəstə insanı xatırladan bir şəxsi müşahidə etmək olar. Əslində isə həmin adamın vəzifəsi obyektə "müştərilər” cəlb etməkdir.

Aldığımız daha bir məlumatda isə A.Əzizovanın başqa dələduzluq əməlindən xəbər verilir. Bildirilir ki, son vaxtlar Almaz xanım müxtəlif yerlərdə tez-tez eyni bir şəxsin müşayiəti ilə görünməkdədir. Mənbə iddia edir ki, Lənkəran sakini olan həmin şəxsə A.Əzizova 50 min manat pul borcludur. Vətəndaş isə pulunu alana qədər Almaz xanımdan, sözün hərfi mənasında, əl çəkməmək qərarına gəlib…

86 nömrəli məktəbdə Almaz xanım direktor otağının arxasında anbar düzəltdirib təhsil nazirliyinin məktəbə təqdim etdiyi kondisionerlər kseroks aparatları, dispendsor su aparatları, komputerlər və bır cox başaqa nazırlyin uşaqları təhsili və rahatlığı ücün ayirdıqı malları elə skladfan da satışa cıxarılır, hec nə sinif otaqları, nə də uşaqlar üzünü görür . Bunlardan xəbərsiz valideynlər isə övladlarına xatir kseroks aparatı da, kondisioner də, kompüter də pul yiqib alirlar . Hətta müəllimləe günü və 8 mart bayraminda hər sinifə "tas” qoydurub o "tas”ı ödəməyən siniflərin sinif rəhbəri və şagirdlər onun gözündən düşür.

Əlifba bayramıı və son zəng kecirmək ücün məktəb zalından istifadə etmək ücün ayrıca pul yığılıb direktorun cibinə getməlidir, əks halda işçilər ömürdə bircə dəfə olan əlifba bayramını keçirmirlər.. 1-ci sinifləri məktəbə götürəndə 200-dən 400 manatadək pul almamış götürmür , hətta ibtidai siniflərdən hər ay 100 manat, yuxarı siniflərdən isə hər sinifdən 200 manat alır . Hətta məktəbin 10 və 11-ci sinifəri umumiyyətlə məktəb üzü görmür, sadəcə ayda 200-300 ödəyir.hətta obtidai sinif müəliməsi Tünzalə müəlimə ilə  Almaz xanımı nə birləşdirdiyi cox maraqlıdır.

Çünki Tunzalə xanım Gəncədə işini, qızını qoyub tək kirayə ev tutub burada qalaraq 86 saylı məktəbdə Almaz xanımın qanadinin altına sığınıb.Tünzalə müəllimə ibtidai siniflərə bağıranda məktəb diksinir, nə qədər direktora şikayət ediblərsə direktor deyib ki əsəbi xəstədir yola verin.  Hətta valideynlərdən Tunzalə ilə əlbəyaxa döyüşə cıxanlar da olub, hətta müəllim və xadimə ilə də döyüşlərdə Tünzalə qalib olub cunki direktor əsəbidur, yola verin deyib. Tunzalə müəllimə hərdən dərs dediyi 1-cilərdən kusub foyedə oturduqu hallarda belə direktor məktəb psixoloqunu göndərib ki əsəbləri xarabdir, gedin sakitləşdirin . Nəyə görə əsəbi xəstə və rus dilini güclə danışa bilən adam ibtidai siniflərə dərs deyir və nəyə görə Almaz müəllimə onu qoruyur cox maraqlidir…

Yazıda sadalanan problemlərlə bağlı dəqiqləşmə aparmaq üçün 1 ay boyunca 86 saylı məktəbə zəng etsək də A. Əzizovanı yerində tapa bilmədik, gah  tədbirdə oldu, gah da iclasda.  Buna baxmayaraq KİV haqqında qanuna uyğun olaraq qarşı tərəfin cavab haqqını tanıyır və mövqeyini tam şəkildə dərc etməyə hazır olduğumuzu bildiririk. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]