Maraqlı

Bir milyonluq almaz...

12-01-2016, 13:12
Ötən həftə ABŞ-ın Arkanzas ştatında tapılan Esperanza almazı ölkədə təşkil edilən hərracda satışa çıxarılacaq. 

Hər il minlərlə adamın almaz kəşfinə çıxdığı və indiyədək 75 mindən çox dəyərli daşın çıxarıldığı Almaz Krateri Milli Parkında axtarış edən Bobbie Oskarson adlı qadının tapdığı almazın bu ay satışa çıxarılacağı gözlənilir.

Tapıldığı zaman 8,52 karat olsa da kəsildikdən sonra 4,6 karat qalan almazın dəyərinin 1 milyon dollar olduğu təxmin edilir. "Esperanza” adı verilən almaz bu günə kimi parkda tapılan beş almazdan ən böyüyüdür. Oskarsonun bacısı uşağının adını verdiyi almaz formasına görə də digərlərindən fərqlənir. 

Məlumat üçün bildirək ki, Almaz Krateri Milli Parkı dünyada xalqa açıq tək almaz parkıdır. 1924-cü ildə orada 40,23 karatlıq almaz tapılmışdı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]