Elm

Nizami rayon 328 saylı məktəbdə rüşvət tüğyan edir

3-02-2016, 21:50
 Nizami rayon 328 saylı məktəbdə rüşvət tüğyan edir

Nizami rayonunda  fəaliyyət göstərən 328  saylı orta məktəbin direktoru Baxşəliyeva Leyladan şikayət var.Xeberman.com-a müraciət edən həmin məktəbin müəlliməsi və bir qrup valideyni iddia edir ki, direktor özbaşınalıqla məşğuldur.
Onun sözlərinə görə, direktor müəllim kollektivi ilə normal ünsiyyət qurmamaqla yanaşı, onlara qarşı kobud davranışları ilə seçilir. Hələ də vəzifə başında qalan Baxşəliyeva Leyla etika davranış qaydalarına zidd rəftarı müəllimlərdə təəcüb doğurur.
Xeberman.coma-a  müraciət göndərən bir qrup valideyn və müəllimə (adının çəkilməsini istəməyən) daha sonra iddia edir ki, Baxşəliyeva Leyla məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. «Məktəbdə dərs saatlarından tutmuş, siniflərin paylanmasına qədər hər şey rüşvətlə həll edilir. Təsəvvür edin, birinci sinfə qəbul üçün Baxşəliyeva Leyla valideynlərdən  pul alır.

328 saylı məktəbin direktoru haqqında yazan şikayətçi müəllimə vurğulayır ki, bütün bayramlar öz yerində olmaqla, Baxşəliyeva Leyla qarşıdan gələn  bütün bayramlarda  pul yığdırır.   Məktəbdə fond pulu yığılır.
 
Oktyabrda pul yığılıb bütün şagirdlərdən 30 manatdan ki meəktəbə axrana gələcək məktəbi qoruyacaq əksinə bu pula həmin ay fransaya istirahətə gedib.

Şikayətçilər Baxşəliyeva Leyla ilə bağlı tədbir görülməsi üçün müvafiq dövlət qurumlarından yardım istəyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]