Gündəm

İlham Əliyevin sinif yoldaşı olan general vuruldu

21-06-2016, 23:16
İlham Əliyevin sinif yoldaşı olan general vurulduAzərbaycan daxili işlər orqanlarında yeni təyinat olub. "Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

General-mayor Emin Şəkinskinin bu təyinatı, əslində onun "vurulmasıdır”. Hər halda cənab Şəkinskinin yeni vəzifəsi, əhəmiyyətinə görə indiyədək tutduğu postla müqayisə oluna bilməz. Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsi DİN-in ən mühüm postlarından biri hesab olunur.

Xatırlatmaq yerinə düşər ki, Emin Şəkinski Prezident İlham Əliyevin sinif yoldaşıdır. Zaman-zaman adı hətta DİN naziri postuna potensial namizədlərdən biri kimi çəkilib.

AzNews.az saytı isə xatırladır ki, general Şəkinsiki indiyə qədər daşıdığı vəzifə ilə Daxili İşlər Nazirliyinin rəhbər heyətinə daxil idi. Yeni vəzifəyə təyin olunmaqla o, bu heyətdən uzaqlaşdırılıb:

DİN-in rəhbər heyətinin tərkibi belə idi:

Administratorla əlaqə

077 611-55-22

[email protected]