Ölkə

Azərbaycanda 4 rayonun polis rəisi dəyişdirilib.

14-05-2016, 20:21

Azərbaycanda 4 rayonun polis rəisi dəyişdirilib.

BAKI, 14 may — Sputnik. Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyindən APA-ya təyinatları təsdiqləyiblər.

Azərbaycanda 4 rayonun polis rəisi dəyişdirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]