Ölkə

Oğluna yeni vəzifə verilən deputat danışdı

5-11-2015, 15:52
Oğluna yeni vəzifə verilən deputat danışdı

Deputat Elman Məmmədov oğlu Elşad Məmmədovun Daxili İşlər Nazirliyində yeni vəzifəyə təyin olunması xəbərinə çox sevindiyini bildirib.

Bu haqda modern.az-a danışan deputat bildirib ki, oğlu DİN-in əməkdaşıdır və bütün əmrlərə tabedir:

“Oğlum Qarabağ müharibəsi döyüşçüsü, müharibə veteranıdır. Daxili İşlər Nazirliyinin əməkdaşıdır və bütün əmrlərə tabedir. Onu hara göndərsələr, ora da getməlidir. Bu xəbərdən təbii ki, bir ata kimi sevinirəm və dövlətimə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edilib.

Elşad Məmmədov buna qədər Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olub.

Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]