Siyasət

İlham Əliyev generalı nazir müavini təyin etdi - rəsmi

6-06-2016, 20:03
İlham Əliyev generalı nazir müavini təyin etdi - rəsmi
Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub. Bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib.

C.Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Penitensiar Xidmətin bundan əvvəlki rəisi Mədət Quliyev olub.

M.Quliyev Azərbaycan Respublikası Prezidentinin 20.10.2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. 

Yada salaq ki, Penitensiar Xidmətin rəisi avtomatik olaraq ədliyyə nazirinin müavini təyin edildiyindən bu posta təyinat Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə gerçəkləşir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]