Penitensiar XIdmətdə “təmizləmə” başlayır-İKİ RƏİS YOLA SALINIR
Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yenitəyin olunan rəis Ceyhun Həsənov rəhbərlik etdiyi strukturda kadr islahatına başlayır. Bu barədəGununsesi.info-nu Penitensiar Xidmətdəki mənbə məlumatlandırıb. Məlumatda qeyd olunur ki, yeni rəis artıq cəzaçəkmə müəssisələri və təcridxana rəislərini toplayıb. İclasda Ceyhun Həsənov bir neçə müəsisə rəisinin fəaliyyətini kəskin tənqid edib. Belə ki, o, həmin rəislərlə bağlı masasının üzərindəki kompromat xarakterli məlumatları onların üzünə deyib. Mənbəmiz "vurulmaq” ehtimalı olan şəxslərin ikisinin adını da açıqlayıb. Bu sırada 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov və 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirov dayanır.
Qeyd edək ki, Ceyhun Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.