Dünya

Ayətullah Xamenei gözləri yaşaranlara göz dağı verdi.

28-01-2016, 21:37
Ayətullah Xamenei gözləri yaşaranlara göz dağı verdi.

Son günlərdə baş verənlər bizi bu yazını sizə təqdim etməyə vadar etdi. Biz müsəlmanlar, hadisələr zamanı nədənsə özümüzü itirir, əsl vəzifəmizi unuduruq və ağlımıza deyil nəfsimizə qulaq veririk. Həttta İslam adı ilə özümüzdən İslam yaradırıq. Kim hansı saytda nə görürsə, tez inanır, mülahizə etmədən qarşı tərəfə mesajlar göndərib, yazılan beş-on kəliməyə görə ittihamlar yağdırır. Hansısa saytı adı, bər-bəzəyi sizi aldatmasın. Bu ona bənzəyir ki, bir zaman donuz ətini "halal kolbasa” adı ilə satırdılar. Məsələ ictimailəşəndə sex rəhbəri deyirdi ki, "Bizim fimanın adıdır "Halal”, kolbasa ilə heç bir əlaqəsi yoxdu və biz heç zaman bunun halallığını müzakirə də etməmişik. Camaat firma adımıza aldanıb, elə biliblər halaldır. Zəhmət çəkib maraqlanardılardaa...”

Görürsünüzmü? Bu belə. Mətbuatda gedən prosesləri incələmədən, təhlil etmədən müzakirə obyektinə çeviririk. Çox qəribədir ki, biz özümüz camaata yol göstərən bir bələdçi olduğumuzu zənn edərkən, birdə məlum olur ki, özümüz də yolu itirmişik və bizə də bələdçi lazımdır. Son günlərdə baş verənlər bunu bizə bir daha öyrətdi ki, hətta İslam naminə etdiyimiz işlərdə də belə ciddi səhvlərə yol verə bilərik. Elə səhv ki, İran İslam inqilabının ali dini lideri də bu məsələyə qarışır və bizi məzəmmət edir. Amma biz müsəlmanlar rəhbər dediyimizi də saymırıq bəzən. Çünki bəzən "CİHAD” "ZALIMA ETİRAZ” və bu kimi sözlər şeytana xidmət edir. Odur ki eyni səhvi yenə edirik və bunu utanmadan din adı ilə edirik, vilayət adı ilə edirik. Sevinirk və gözlərimiz yaşarır səfirlik binası yanarkən. Sonra bunu böyük qürurla yayırıq. Bu işin səhv olduğunu deyənlərə isə "ziddi vilayət”, "dini qeyrəti olmayan”, "dilsiz şeytan”, kimi adları qoyuruq. Amma zaman əsl şeytanı bizə göstərir.

İran İslam inqilabının ali dini rəhbəri Ayətullah Xamenei bu baş verən hadisələrə münasibət bildirərkən, baş vermiş hadisəni qəti şəkildə pislədi. Bunu edənlərin kimliyindən asılı olmayaraq səhv addım atdıqlarını və bu addımları ilə həm ölkəyə, həm İslama və hər kəsə ziyan vurduqlarını açıq şəkildə qeyd etdi.

Video link: https://www.youtube.com/watch?v=xqOLmpPnJs0

Deməli İslamı da müdafiə edərkən, həddi aşmaq olmaz. "Sizə qarşı vuruşanlarla vuruşun” deyən Allahın bəndəsi və əskərlərini müharibəyə göndərərkən "ağacları kəsməyin” deyən peyğəmbərin (s) ümmətiyik.

Odur ki, siyasi bəsirətə sahib olaq.

Həqiqət dərman kimdir. Acıdır, amma şəfa verir. Allah şəfa versin.

Administratorla əlaqə

077 611-55-22

[email protected]