Dünya

Ayətullah Xamenei sosial şəbəkələri "savaş meydanı" adlandırdı

15-05-2016, 16:08
İslam İnqilabının rəhbəri Ayətullah Xamenei, paytaxt Tehranın bir sıra dini və dünyəvi universitetlərinin tələbələri, ustad və müdirləri ilə görüşüb.

 
İslamazeri.az-ın "Khamenei.ir”-ə istinadən verdiyi xəbərə əsasən, ruhaniyyətin vəzifələri toxunan Ayətullah Seyid Əli Xamenei deyib: "İnsanları din və düşüncə, siyasət və bəsirət cəhətdən hidayət etmək və eləcə də, ictimai işlərdə olmaq və digərlərinə də yol göstərmək ruhaniyyətin əsas vəzifələrindəndir. Dini tələbələr lazımı məlumatları əldə edərək, özlərini cəmiyyətdə təsirli olan məsuliyyətləri icra etməyə hazırlamalıdırlar. Cəmiyyətin ehtiyac duyduğu hər bir şey lazımı qədər olsa və sadəcə olaraq cəmiyyət dini olmazsa o millət dünya və axirətdə ziyana uğruyacaq və problemlərlə üzləşəcək. Bu böyük vəzifə, yəni cəmiyyəti diniləşdirmək alim, ruhani və dini tələbələrin öhdəsindədir. Dini cəhətdən hidayət etmək, xalis islami düşüncəni yaymaq deməkdir. Virtual həyat və sosial şəbəkələr dini şübhələrin artmasında, yalnış siyasi düşüncələrin yayılmasında olduqca təsirli alətdir. Bu meydan həqiqi savaş meydanıdır. Dini tələbələr və ruhanilər bu meydana lazımı şəkildə silahlanaraq atılmalı və şübhə və yalnış düşüncələri cavablandırmalıdırlar". Ayətullah Xamenei : "Mürtəce, təəssübkeş, həqiqəti anlamayan islam, yalnış islam hesab edilir. Bu qayçının digər tərəfi isə Amerikan sayağı islamdır. İslami düşüncə ilə kitab və sünnəyə söykənmiş həqiqi islamı anlamaq ruhanilərin vəzifələridir. Peyğəmbərlərin də yolu məhz budur. Ən gözəl və uyğun yollarla insanları ibadətə və əmanət, təqva, sədaqət, pisliyi tərk etmək, yaxşılığa dəvət etmək kimi islami mədəniyyətə çağırın.”, - deyə əlavə edib. Ayətullah Xamenei, insanarın siyasi yöndə hidayət olunmasına toxunaraq deyib: "Hövzələrin inqilab yönlü qalmasını vurğulamağımız buna görədir. İran tarixində yaşanan "məşrutiyyət” və "neftin milliləşməsi hərəkatı”, ruhanilərin meydanda sonadək qalmamasına görə nəticəsiz qaldı. Lakin imam Xomeyninin üstün cəhətlərindən biri, ruhaniyyəti inqilab hərəkatından saxlaya bilməsidir. Əks halda nə inqilab qalib olardı, nə də İslam Respublikası öz yoluna davam edərdi. Amerikalılar o günlər olduğu kimi, bu gün də ruhaniyyəti meydanlardan uzaqlaşdırmaq niyyətindədirlər. Onlar növbəti mərhələdə xalqın meydanda qalmasına mane olmaq istəyirlər. Lakin bu günədək buna nail ola bilməyiblər". İslam İnqilabının rəhbəri İslami oyanış haqda da danışıb: "İslami oyanış silsiləsində də xalqı hərəkətə gətirən din faktoru idi, lakin dini qruplar o ölkədə pərakəndə halında olduğuna görə, bu iş yarımçıq qaldı və oyanış nəticə vermədi. Dini tələbə və ruhanilərin xalqa yardım etməsi və müxtəlif hadisələr zamanında yanında olması, xalq kütlələri və qüvvələrini cəzb edəcəkdir. Ruhaniyyətin vəzifələrini icra etmək üçün əlinizdən gələni edin, lakin hər bir addımınız Allah və imam Zamanın (ə) razılığını əldə etmək üçün olsun.”

Administratorla əlaqə

077 611-55-22

[email protected]