Dünya / İslam

Ayətullah Xamenei İmam Mehdinin (ə.f) doğum günü ilə əlaqədar 669 məhbusu əfv etdi

27-05-2016, 15:50

Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei çox sayda məhbusun əfv edilməsi və cəza müddətinin azaldılması ilə bağlı sərəncam imzalayıb.

669 məhbusa şamil olunan sərəncamın müsəlmanların 12-ci imamı sayılan İmam Mehdinin doğum günü və İranın cənub-qərbində yerləşən Xürrəmşəhr şəhərinin 1982-ci ildə İraq ordusun işğalından azad edilməsi ilə əlaqədar imzalandığı bildirilib.

1982-ci ilin mayın 24-də İranın strateji şəhərlərindən biri sayılan Xürrəmşəhr 575 gündən sonra İraq ordusunun işğalından azad edilib. Şəhərin geri alınması əməliyyatında 19 000 İraq əsgəri İran ordusu tərəfindən əsir götürülüb.



Administratorla əlaqə

077 611-55-22

[email protected]